...

Nikoil | Bank 10 ildən artıqdır ki, regionlarda biznesin inkişafına dəstək verir

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Noyabr 2015 17:29 (UTC +04:00)
Nikoil | Bank 10 ildən artıqdır ki, Azərbaycan Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ilə əməkdaşlıq edir.
Nikoil | Bank 10 ildən artıqdır ki, regionlarda biznesin inkişafına dəstək verir

Bakı. Trend:

Nikoil | Bank 10 ildən artıqdır ki, Azərbaycan Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ilə əməkdaşlıq edir. SKMF xətti ilə güzəştli kreditlər əsasən regionlarda yerləşən kiçik və orta biznes sahiblərinə verilir. Qeyd edilən kreditlər daxili istehsalın inkişafına və Azərbaycan Respublikası kənd təsərrüfatının inkişafına təkan verən əsas motivasiya edici amillərdəndir.

Son 2 il ərzində Nikoil | Bank 625-dən çox müəssisə sahiblərinə ümumi həcmi 9 mln. AZN olan güzəştli kreditlər verib. Verilmiş kreditin ümumi orta məbləği 14 000 AZN təşkil edirdi. Bu gün bank əsasən fermer təssərüfatı, heyvandarlıq, arıçılıq, balıqçılıqla, həmçinin çörək və un istehsalı, eyni zamanda digər məhsul və malların istehsalı ilə məşğul olan sahibkarların bazarda kiçik və orta biznesinin maliyyələşdirilməsinə hədəflənib.

Sahibkarlara güzəştli kreditlərin şərtləri və verilməsi barədə ətraflı məlumat vermək məqsədilə, SKMF banklarla birlikdə mütəmadi olaraq respublikanın müxtəlif regionlarında Kredit Yarmarkaları keçirir. Cari ildə Nikoil | Bank 18-ci Kredit Yarmarkasında iştirak edib. İştirakın əsas məqsədi dövlət proqramı üzrə güzəştli kreditlərlə bağlı məsləhətlər vermək və potensial müştərilərin cəlb olunması idi.

SKMF proqramı üzrə biznes kreditləşməsinin şərtləri:

Kreditin məbləği 5 000-dən 10 000 000 AZN-ə qədər
İllik faiz dərəcəsi - 6%
Kreditin müddəti - 10 ilə qədər (kreditin məbləğindən asılı olaraq)
Güzəşt müddəti - kreditin müddətinin yarısı qədər (güzəşt müddəti ərzində müştərilər kreditin yalnız faizini ödəyirlər)

Bu gün "Nikoil" İKB əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir.

Nikoil | Bank-ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı www.nikoil.az rəsmi internet səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür.

Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil?ref=hl

Məqalədə:
Xəbər lenti

Xəbər lenti