...

Azərbaycanın iri bankında kadr dəyişiklikləri baş verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2015 11:47 (UTC +04:00)
Rəşad Qasımov Azərbaycan Beynəlxalq Bankının (ABB) Mühasibatlıq və büdcə departamentinin rəhbəri vəzifəsini tərk edib.
Azərbaycanın iri bankında kadr dəyişiklikləri baş verib

Bakı. Ənvər Məmmədov - Trend:

Rəşad Qasımov Azərbaycan Beynəlxalq Bankının (ABB) Mühasibatlıq və büdcə departamentinin rəhbəri vəzifəsini tərk edib.

ABB-dən Trend-ə bildiriblər ki, bu, R.Qasımovun dekabrın 24-dən "İnter" (Bakı) futbol klubunun Müşahidə Şurasının iclasında klubun prezidenti seçilməsi ilə əlaqədardır.

Bankdan qeyd ediblər ki, Departamentin rəhbəri vəzifəsi hələ vakantdır: "Bu vəzifə inzibatidir və vəzifəyə təyinetmə Azərbaycan Mərkəzi Bankı tərəfindən təsdiq edilməlidir. Buna görə də bu proses bir neçə gün davam edə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti