...

Azərbaycanın iri bankı Rusiyadakı törəmə strukturunun rəhbərliyinin yeni tərkibini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2015 12:10 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankı (ABB) Rusiyada törəmə strukturu olan "ABB-Moskva"nın Müşahidə Şurasının yeni tərkibini və rəhbərliyini açıqlayıb.
Azərbaycanın iri bankı Rusiyadakı törəmə strukturunun rəhbərliyinin yeni tərkibini açıqlayıb

Bakı. Trend:

Azərbaycan Beynəlxalq Bankı (ABB) Rusiyada törəmə strukturu olan "ABB-Moskva"nın Müşahidə Şurasının yeni tərkibini və rəhbərliyini açıqlayıb.

Trend-in bankın saytına istinadən verdiyi məlumata görə, Müşahidə Şurasına Murad Şirəliyev başçılıq edir, Şuranın tərkibinə Fuad İslamov və Məzahir Dadaşov daxildir.

Bankın İdarə Heyətinin sədri Emin Əfəndiyev, onun müavinləri isə Rafael Abbasov və Balabəy Balabəyovdur, İdarə Heyətinin tərkibinə, həmçinin Qulu Abbasov və Svetlana Sarjina daxildir.

Hazırda "ABB-Moskva"nın Rusiyada iki filialı var. Peterburq filialına Yaşar Səfərov, Yekaterinburq filialına isə Tatyana Moşinskaya başçılıq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti