...

“AtaTravel” Qusar Şahdağ və Qəbələ Tufandağ turizm komplekslərinə səyahət turları təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Yanvar 2016 09:50 (UTC +04:00)
“AtaTravel” MMC Qusar Şahdağ və Qəbələ Tufandağ turizm komplekslərinə səyahət turları təklif edir.
“AtaTravel” Qusar Şahdağ və Qəbələ Tufandağ turizm komplekslərinə səyahət  turları təklif edir

Bakı. Trend:

"AtaTravel" MMC Qusar Şahdağ və Qəbələ Tufandağ turizm komplekslərinə səyahət turları təklif edir.

MMC-dən Trend-ə verilən məlumata görə, Qusar Şahdağ turist komleksinə getməyin bir nəfər üçün qiymət VİP komfortlu avtobus, səhər yeməyi, bələdçi və fotosessiya daxil olmaqla qiymət 21 AZN və Qəbələ Tufandağ turizm kompleksinə bir nəfər üçün VİP komfortlu avtobus, səhər yeməyi, xizəklərin vaxtından əvvəl bron edilməsi, diskoteka, canlı gitara ifası, yolboyu əyləncəli oyunlar, qaliblərə hədiyyələr, bələdçi və fotosessiya daxil olmaqla qiymət 23 AZN təşkil edir.

Hər həftənin şənbə, bazar və qeyri iş günləri daxil olmaqla cədvəl üzrə turlar yanvar ayının 8, 9, 10, 16, 17, 23, 24, 30 və 31 tarixlərində keçirilir. Həmçinin, turlar fevral ayının 6, 7, 13, 14, 20, 21, 27 və 28 tarixlərində və mart ayının 5, 6, 8, 12, 13, 18, 19, 20, 21, 22, 23, 24, 25 və 26 tarixlərində keçiriləcək.

"AtaTravel" MMC-nin baş direktoru Vüsal Əliyev turla bağlı qeyd etdi: "Təcrübəsi olanlarla yanaşı, heç vaxt xizəklə sürüşməyənlər də çəkinmədən Qusar Şahdağ turizm kompleksinə gələ bilərlər. Burada yeni öyrənənlər üçün xüsusi təcrübə məkanı və peşəkar təlimçilərin olduğu xizək məktəbi də fəaliyyət göstərir".

Daha geniş məlumat almaq üçün "AtaTravel" MMC-yə (994 12) 493-05-01 nömrəli telefona zəng vurun. "AtaHolding" Şirkətlər Qrupuna daxil olan "AtaTravel" MMC 2011-ci ildə təsis edilmişdir.

"AtaTravel" turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta, viza ilə əlaqədar xidmətlərlə təmin edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti