Bakı. Trend:
Azərbaycanda taxılçılıqla məşğul olan iri fermer təsərrüfatlarının sayı artırılacaq. Trend-in məlumatına görə, bunu kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.
O bildirib ki, kənd təsərrüfatı sahəsində tədbirlər bu il də davam edəcək: "Məqsədimiz ölkəmizi daxili istehsal hesabına bütün növ kənd təsərrüfatı məhsulları ilə təmin etməkdir. Əsas gücü idxaldan asılılığı azaltmaq məqsədilə yerli məhsulların istehsalına yönəltməliyik".
Nazir müavini əlavə edib ki, aqrotexniki tədbirlərin həyata keçirilməsi, taxılın keyfiyyətinin yaxşılaşdırılması istiqamətində də tədbirlər görülür: "Subsidiyaların artırılması isə hələ nəzərdə tutulmur".
Qeyd edək ki, Azərbaycanda taxılçılıqla məşğul olan 19 iri fermer təsərrüfatı yaradılıb.