...

Ukrayna Transxəzər nəqliyyat marşrutu üzrə daşımaları sürətləndirmək istəyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Fevral 2016 11:42 (UTC +04:00)
Ukraynanın Baş naziri Arseniy Yatsenyuk İnfrastruktur Nazirliyinə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Azərbaycan və Qazaxıstan üzərindən Avropadan Çinə dəmir yolu reysinin müddətini və daşımaların maya dəyərini azaltmaq imkanını öyrənməyi tapşırıb.
Ukrayna Transxəzər nəqliyyat marşrutu üzrə daşımaları sürətləndirmək istəyir

Bakı. Maksim Tsurkov - Trend:

Ukraynanın Baş naziri Arseniy Yatsenyuk İnfrastruktur Nazirliyinə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Azərbaycan və Qazaxıstan üzərindən Avropadan Çinə dəmir yolu reysinin müddətini və daşımaların maya dəyərini azaltmaq imkanını öyrənməyi tapşırıb. Bu barədə Trend Ukrayna Nazirlər Kabinetinin saytına istinadən məlumat verir.

Baş nazir eksperimental qatarın yolda sərf etdiyi vaxtın azaldılmasının vacibliyini vurğulayıb: "Bu qatar 15 gün yol gedib, lakin qatarın getməsinin bütün texniki və metodoloji tərkib hissələri təhlil edildikdən sonra müddəti azaltmalı olacağıq. Əgər qatarın 10 gün ərzində getməsinə nail ola bilsək, bu bizə yeni tranzit yoluna görə xərcləri kompensasiya etmək və Ukrayna yüklərinin tədarükü sürətləndirmək imkanı verəcək".

Bundan başqa, A.Yatsenyuk bildirib ki, yeni "İpək yolu" üzrə daşımaların maya dəyərinin xeyli azaldılması imkanı da var.

Qeyd edək ki, Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin (Xəzər və Qara dənizi vasitəsilə) marşrutu üzrə sınaq konteyner qatarı yanvarın 15-də İlyiçevskdən yola düşərək yanvarın 31-də Çinə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti