...

Vergilər Nazirliyində növbəti kadr dəyişiklikləri baş verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Fevral 2016 11:35 (UTC +04:00)
Vergilər Nazirliyində növbəti kadr dəyişiklikləri baş verib.
Vergilər Nazirliyində növbəti kadr dəyişiklikləri baş verib

Bakı. Azad Həsənli - Trend:

Vergilər Nazirliyində növbəti kadr dəyişiklikləri baş verib. Bunu Trend-ə nazirlikdən deyiblər.

Belə ki, Zeynalabdin Məmmədzadə Hüquq Baş İdarəsinə rəhbər təin edilib. Onun rəisi olduğu əvvəlki departamentə isə müavin olan Vüqar İsmayılov rəis təyin edilib.

Hüquq Baş İdarəsinin rəisi olmuş Samirə Musayeva isə Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi təyin edilib. S.Musayeva bu vəzifədə Natiq Şirinovu əvəz edib.

Öz növbəsində, N.Şirinov yeni struktur olan Beynəlxalq münasibətlər və maliyyə institutlarında vergi monitorinqi baş idarəsinin rəisi təyin edilib. Yeni struktur Beynəlxalq münasibətlər idarəsi və Maliyyə monitorinqi idarəsinin əsasında yaradılıb.

Həmçinin, vergilər nazirinin müşaviri İlqar Əhmədov Daxili təhlükəsizlik baş idarəsinin rəisi təyin edilib. Daha əvvəl bu vəzifəni Tariyel Quliyev tutub. T.Quliyev nazirin müşaviri təyin edilib.

Toğrul Quliyev Vergi auditi və operativ nəzarət baş idarəsinin rəisi təyin edilib.

Maliyyə-təsərrüfat idarəsinə isə artıq nazirin sabiq müşaviri Rəhim Əfəndiyev rəhbərlik edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti