...

Ukraynadan yola düşən ikinci qatar bu gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Fevral 2016 14:52 (UTC +04:00)
Ukraynanın İliçevsk dəniz limanından fevralın 7-də Ukrayna-Orta Asiya marşrutu üzrə (Gürcüstan və Azərbaycandan keçməklə) 32 vaqondan ibarət ikinci qatar yola düşüb.
Ukraynadan yola düşən ikinci qatar bu gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatacaq

Bakı. Trend:

Ukraynanın İliçevsk dəniz limanından fevralın 7-də Ukrayna-Orta Asiya marşrutu üzrə (Gürcüstan və Azərbaycandan keçməklə) 32 vaqondan ibarət ikinci qatar yola düşüb.

Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

Ikinci qatar 11 fevral 2016-cı ildə saat 23:00 radələrində Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatacaq. Qatarın tərkibindəki vaqonlardan 1-i Qazaxıstanın Aktau limanına, 31-i isə və Türkmənistanın Türkmənbaşı limanına - təyinatı üzrə yola salınacaq.

Vaqonların yükü ərzaq məhsullarından və dəmir məmulatlarından ibarətdir.

Xatırladırıq ki, Ukrayna Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna qoşulandan sonra bu, ikinci qatardır. Bu marşrut üzrə ilk sınaq reysi yanvar ayında həyata keçirilmişdir və Ukraynadan gələn birinci qatar yanvarın 22-də Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatmışdır
Qeyd edək ki, 14 yanvar 2016-cı ildə Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna dəmir yolu rəhbərlərinin dördtərəfli görüşü keçirilmiş, yük qatarları üçün rəqabətədavamlı kompleks dərəcələrin müəyyən edilmiş, həmçinin Gürcüstan və Azərbaycan ərazisindən keçməklə Ukraynadan ixrac olunan yüklərin Qazaxıstan ərazisinə və oradan da Çinə daşınmasının təşkilində imtiyazlı tarif şərtləri müəyyən edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti