...

Vergi orqanlarına müraciətlər azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Fevral 2016 16:22 (UTC +04:00)
Daxil olmuş müraciətlərdən 96,8%-i ərizə, 3,0%-i şikayət, 0,2%-i təklifdir.
Vergi orqanlarına müraciətlər azalıb

Bakı. Trend:

2016-cı ilin yanvar ayı ərzində vergi orqanlarına 7993 müraciət daxil olub ki, bu da əvvəlki ayla, yəni 2015-ci ilin dekabr ayı ilə müqayisədə 20% azdır. Daxil olmuş müraciətlərdən 96,8%-i ərizə, 3,0%-i şikayət, 0,2%-i təklifdir.

Vergilər Nazirlyinin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, müraciətlərin 54,5%-i müxtəlif arayışların alınması, 16,4%-i kameral vergi yoxlamaları, 8,4%-i i vergi borcları, 1,8%-i səyyar vergi yoxlamaları, 1,8%-i vergidən yayınma və dividendlərin verilməsi, 1,3%-i operativ vergi nəzarəti (o cümlədən, nağd hesablaşmaların aparılması qaydalarının pozulması), 0,7%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,4%-i qanunsuz sahibkarlıq fəaliyyəti, 0,2%-i korrupsiya hüquqpozmaları, qalanları isə digər məsələlərlə bağlı olub.

Müraciətlərdən 69,1%-i müsbət həll olunub.

Hesabat dövründə vergi orqanları tərəfindən ümumilikdə 238 vətəndaş qəbul edilərək, onlara mövcud qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib.

2016-cı ilin yanvar ayında Azərbaycan Prezidenti Administrasiyasından nazirliyin aparatına 62 müraciət daxil olub ki, bu da ötən ilin dekabr ayı ilə müqayisədə 37,4% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti