...

Baş nazirin müavini: Dərmanların qiymətlərinin tənzimlənməsi ilə bağlı işlər nəticəsini verir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Fevral 2016 12:59 (UTC +04:00)
Dərmanların qiymətlərinin tənzimlənməsi ilə bağlı görülən işlər öz nəticəsini verməkdədir.
Baş nazirin müavini: Dərmanların qiymətlərinin tənzimlənməsi ilə bağlı işlər nəticəsini verir

Bakı. Elçin Mehdiyev - Trend:

"Dərmanların qiymətlərinin tənzimlənməsi ilə bağlı görülən işlər öz nəticəsini verməkdədir. Amma proses tam başa çatmayıb". Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, bir sıra dərmanlar var ki, onların qiymətlərinin müəyyənləşdirilməsi ilə əlaqədar işlər davam etdirilir: "Çünki bu böyük həcmli bir işdir. Bu işi çox qısa zamanda həyata keçirmək fiziki cəhətdən mümkün deyil. Güman edirəm ki, artıq dərman bazarında bir sabitləşmə özünü göstərməkdədir".

Baş nazirin müavini vurğulayıb ki, bundan sonra da bu proses davam edəcək: "Ən başlıcası odur ki, dərman bazarında bir nizam intizam yaradılıb. Vaxtilə dərmanların qiymətləri süni surətdə şişirdilirdi. Bunun qarşısı alınıb və güman edirəm ki, bundan sonra da biz bu istiqamətdə işlərimizi davam etdirəcəyik. Hesab edirəm ki, Azərbaycan vətəndaşlarının ailə büdcəsi, üsusilə yaşlı insanların ailə büdcəsi bundan xeyli xeyir görüb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti