...

Türkmənistanda beştərəfli görüş keçirilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2016 09:56 (UTC +04:00)
Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan, Qazaxstan, İran, Gürcüstan və Türkmənistanın dəmir yolu və dəniz qurumları rəhbərlərinin beştərəfli görüşü keçirilib.
Türkmənistanda beştərəfli görüş keçirilib (FOTO)

Bakı. Trend:

Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan, Qazaxstan, İran, Gürcüstan və Türkmənistanın dəmir yolu və dəniz qurumları rəhbərlərinin beştərəfli görüşü keçirilib.

Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

Tədbirdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.

Görüşdə "Şərq-Qərb" multimodal nəqliyyat dəhlizinin inkişafı: regiondakı mövcud nəqliyyat infrastrukturu ilə tanışlıq, potensilların və perspektivlərin qiymətləndirilməsi; Marketinq və yükdaşıma bazarının öyrənilməsi, tranzit yüklərin cəlb olunması üzrə birgə fəaliyyət, birgə nəqliyyat-logistika şirkətlərinin yaradılması və Tranzit yük axınının artırılması üzrə birgə tədbirlərin işlənib hazırlanması: vahid tariflərin və sənədlərin tətbiqi, gömrük-nəqliyyat prosedurlarının optimallaşdırılması məsələləri müzakirə olunub.

Tədbir çərçivəsində "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri C.Qurbanovla Tukmənistan Dəmir Yolu naziri Bayram Annemeredov, "Gürcüstan Dəmir Yolu" SC-nin sədri Mamuka Baxtadze və İİR-ın Dəmir Yolunun vitse-prezidenti Huseyn Aşuri arasında ikitərəfli görüşlər keçirilib.

Nümayəndə heyətləri Türkmənbaşı limanına baxış keçiriblər.

Görüşün yekununa dair müvafiq sənəd imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti