...

“Azərbaycan Dəmir Yolları”nda DYƏT-in nümayəndə heyəti ilə görüş keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2016 12:29 (UTC +04:00)
Martın 16-da “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Dəmir Yollarının Əməkdaşlıq Təşkilatının (DYƏT) sədr müavini Vuktor Jukovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.
“Azərbaycan Dəmir Yolları”nda DYƏT-in nümayəndə heyəti ilə görüş keçirilib

Bakı. Trend:

Martın 16-da "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində Dəmir Yollarının Əməkdaşlıq Təşkilatının (DYƏT) sədr müavini Vuktor Jukovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Bu barədə Trend-ə Katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

Görüşdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat vermişdir.

İkitərəfli görüşdə "Azərbaycan Dəmir Yolları" QSC-nin beynəlxalq və regional layihələrdə içtirakı, sərnişin daşınmasının inkişaf mərhələləri, texniki vasitələrin müasirləşdirilməsi, DYƏT-lə Azərbaycan Dəmir Yollanın əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.

DYƏT-in sədr müavini Vuktor Jukov çıxış edərək, "Azərbaycan Dəmir Yolları" QSC ilə əməkfaşlıqdan məmnun qaldığını, DYƏT-in 60 illik yubileyinə həsr olunmuş Nazirlər Müşavirəsinin 44-cü iclasının Bakıda keçiriləcəyini bildirmişdir.

Qeyd edək ki, görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınmışdır.

YADDAŞ ÜÇÜN: Dəmir Yollarının Əməkdaşlıq Təşkilatı (DYƏT) 28 iyun 1956-cı ildə Sofiya şəhərində (Bolqarıstan Respublikası) dəmir yoluna rəhbərlik edən nazirlərin Nazirlər Müşavirəsində yaradılmışdır. DYƏT-in mövcud olması və işi beynəlxalq xarakter daşıyan DYƏT haqqında Əsasnaməyə əsaslanır. 27 ölkənin dəmir yolu nəqliyyatına rəhbərlik edən qurumlar DYƏT-in üzvləridir.

DYƏT-in Əsasnaməsinə əsasən bu qurumun işində bilavasitə dəmir yollarının fəaliyyəti ilə əlaqədə olan təşkilatın digər formada iştirak etməsi də mümkündür.

DYƏT-in ali rəhbər orqanı Nazirlər Müşavirəsi, dəmir yolu müəssisələri səviyyəsində DYƏT-in dəmir yolları baş direktorlarının Konfransıdır. DYƏT-in icra orqanı Komitədir.

Azərbaycan Dəmir Yolu 1993-cü ilin iyul ayından Dəmir Yollarının Əməkdaşlıq Təşkilatının (DYƏT) üzvüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti