...

Prezident İlham Əliyev: Ancaq sabitlik şəraitində ölkələrə investisiya qoyula bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyun 2016 10:41 (UTC +04:00)
Hesab edirəm ki, Azərbaycanın mövqeyi burda artıq dünya miqyasında rəğbət qazanıb.
Prezident İlham Əliyev: Ancaq sabitlik şəraitində ölkələrə investisiya qoyula bilər

Trend-i buradan izləyin

Bakı. Trend:

Enerji siyasəti və bu sahədə əməkdaşlıq, uzun müddətli əməkdaşlıq ancaq sağlam zəmində qurulmalıdır. Heç vaxt enerji faktoru başqa məqsədlər üçün istifadə olunmamalıdır. Hansısa başqa sahələrdə imtiyazlara nail olmaq üçün istifadə edilməməlidir. Hesab edirəm ki, Azərbaycanın mövqeyi burda artıq dünya miqyasında rəğbət qazanıb. Digər tərəfdən, bu mövqe öz haqqını artıq nümayiş etdirir. Və bu göstərir ki, ancaq bu yanaşma uğur gətirə bilər.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün 23-cü Beynəlxalq Xəzər Neft və Qaz - Caspian Oil & Gas 2016 və 6-cı Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji - Caspian Power 2016 sərgilərinin açılış mərasimində çıxışında deyib.

İlham Əliyev qeyd edib ki, biz istəyirik Azərbaycanda inkişaf daha da sürətlə getsin, istəyirik ki, bölgədə sabitlik möhkəmlənsin: "Bu gün dünyada baş verən hadisələr təbii ki, bizi də narahat edir. Dünyanın müxtəlif yerlərində yeni münaqişə ocaqları yaranır, müharibələr, qarşıdırmalar, ziddiyyətlər, toqquşmalar əlbəttə ki, bu arzuolunan mənzərə deyil. Biz isə çalışırıq ki, bizim bölgəmizdə sabitlik olsun. Ancaq sabitlik şəraitində ölkədə inkişaf gedə bilər. Ancaq sabitlik şəraitində ölkələrə investisiya qoyula bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti