...

“AtaBank”dan “Nağdsız ödə, nağd qazan" kampaniyası

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyun 2016 11:20 (UTC +04:00)
"AtaBank" ASC-nin “Nağdsız ödə, nağd qazan" adlı ani stimullaşdırıcı lotereya kampaniyası davam edir.
“AtaBank”dan “Nağdsız ödə, nağd qazan" kampaniyası

Bakı. Trend:

"AtaBank" ASC-nin "Nağdsız ödə, nağd qazan" adlı ani stimullaşdırıcı lotereya kampaniyası davam edir. bankdan Trend-ə verilən məlumata görə, bu kampaniya mayın 1-dən dekabrın 31-dək davam edəcək.

Lotereyada "AtaBank" ASC tərəfindən ticarət, ictimai-iaşə və ya xidmət obyektlərində quraşdırılmış POS-terminallar vasitəsilə Azərbaycanda fəaliyyət göstərən istənilən bank tərəfindən emissiya edilən ödəniş kartları ilə nağdsız əməliyyatlar aparan rezident şəxslər iştirak edə bilərlər.

Keçən il olduğu kimi "AtaBank" ASC kartları ilə ödəniş edən və çekləri təqdim edən kart sahiblərinə hər 10 manatlıq çek üçün bir kupon təqdim edilir. Digər bankların kartları ilə ödəniş edənlər isə 20 manatlıq alış-veriş çekinə görə bir kupon əldə edəcəklər!
Ani stimullaşdırıcı lotereya kuponlarının əldə edilməsi üçün kart istifadəçisi təqvim ayı ərzində "AtaBank" ASC-nin POS-terminallar şəbəkəsində nağdsız aparılmış əməliyyatlar üzrə çekləri toplayaraq bankın istənilən filial və ya şöbəsinə müraciət etməlidir.

Qeyd edək ki, kampaniyada minlərlə uduşlar vardır. Əlavə edək ki, kampaniyanın keçirilməsində məqsəd ölkədə nağdsız ödənişlərin stimullaşdırılması sahəsində aparılan tədbirləri sürətləndirməkdir.

Hazırda "AtaBank" ASC-nin POS-terminallarının sayı 19 000-dən artıqdır. Ani stimullaşdırıcı lotereyanın şərtləri və qaliblər haqqında məlumatlar mütəmadi olaraq www.atabank.com internet səhifəsində, sosial şəbəkələrdə (http://www.facebook.com/atabank, https://twitter.com/AtaBank_ASC, http://i.instagram.com/atabank_asc/ ) və kütləvi informasiya vasitələrində işiqlandırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti