...

Vergi qanunvericiliyində hansı dəyişikliklərin edilməsini təklif edərdiniz?

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyun 2016 13:28 (UTC +04:00)
"Azərbaycan Respublikasının vergi qanunvericiliyində və inzibatçılığında hansı dəyişikliklərin edilməsini təklif edərdiniz?"
Vergi qanunvericiliyində hansı dəyişikliklərin edilməsini təklif edərdiniz?

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi xidməti və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Azərbaycanda aparılan davamlı iqtisadi islahatlara dair ictimai rəyi və yeni islahat təklifləri ilə bağlı fikirləri öyrənmək üçün onlayn qaydada sorğu keçirir.

Trend-in məlumatına görə, islahatların inklüzivliyini, əhatəliliyini və səmərəliliyini daha da artırmaq üçün ilk sorğuda Sizdən aşağıdakı suala dair təkliflərinizi 10 gün müddətində bildirmək xahiş olunur:

"Azərbaycan Respublikasının vergi qanunvericiliyində və inzibatçılığında hansı dəyişikliklərin edilməsini təklif edərdiniz?"

Mülkiyyət növündən və təşkilatı-hüquqi formasından asılı olmayaraq, bütün hüquqi şəxsləri, fərdi sahibkarları və vətəndaşları sorğuda fəal iştirak etməyə dəvət edirik.

Təkliflərinizi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin internet saytında aşağıdakı link vasitəsilə çatdıra bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti