Bakı. Maksim Tsurkov - Trend:
SOFAZ Milanda daşınmaz əmlak əldə etmək üzrə sövdələşməni tam həll edib.
Trend-in məlumatına görə, bunu jurnalistlərə SOFAZ-ın icraçı direktoru Şahmar Mövsümov deyib.
Onun sözlərinə görə, Milanda daşınmaz əmlakın alınması ilə bağlı heç bir problem yaranmayıb: "Bu sövdələşmə həll olunub, biz obyektin artıq sahibi olmuşuq".