...

Bakı-Sumqayıt-Bakı marşrutu boyu infrastruktur yeniləşdirilir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2016 14:03 (UTC +04:00)
Azərbaycan polad magistralı özünün yeni inkişaf mərhələsindədir.
Bakı-Sumqayıt-Bakı marşrutu boyu infrastruktur yeniləşdirilir (FOTO)

Bakı. Trend:

Azərbaycan polad magistralı özünün yeni inkişaf mərhələsindədir. Dəmir yolunda infrastrukturun yeniləşdirilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi istiqamətində bütün qüvvələr səfərbər olunub.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Trend-ə verdiyi məlumata görə, Bakı-Sumqayıt-Bakı marşrutu boyu infrastrukturun yeniləşdirilməsi görülən işlərin əsas tərkib hissələrindən biridir.

Hazırda Biləcəri və Xırdalan stansiyalarında platformaların tikintisi və və turniketlərin quraşdırılması davam edir.

Biləcəri vağzalında tək istiqamətdə (Cumqayıta gedən istiqamətdə) 250 metr uzunluğunda, cüt istiqamətdə (Cumqayıtdan gələn istiqamətdə) isə 140 metr uzunluğunda platformanın beton işləri başa çatıb. Turniketin quraşdırılması davam edir.

Xırdalan stansiyasiyasında isı platformanın istinad divarları tikilib. Betonlaşma işi başa çatandan sonra turniketin quraşdırılmasına başlanacaq.

İşlərin ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti