...

Azərbaycan BMT-nin "Elektron Hökumətin İnkişaf İndeksi" üzrə 12 pillə yüksəlib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Avqust 2016 19:32 (UTC +04:00)
Azərbaycan Birləşmiş Millətlər Təşkilatının (BMT) ənənəvi olaraq hər iki ildən bir nəşr etdiyi “E-Government Survey 2016” adlı hesabatında əvvəlki mövqeyini 12 pillə artıraraq 68-ci yerdən 56-cı yerə yüksəlib.
Azərbaycan BMT-nin "Elektron Hökumətin İnkişaf İndeksi" üzrə 12 pillə yüksəlib

Bakı. Trend:

Azərbaycan Birləşmiş Millətlər Təşkilatının (BMT) ənənəvi olaraq hər iki ildən bir nəşr etdiyi “E-Government Survey 2016” adlı hesabatında əvvəlki mövqeyini 12 pillə artıraraq 68-ci yerdən 56-cı yerə yüksəlib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, hesabatın builki nəşrində “Elektron Hökumətin İnkişaf İndeksi” və “Elektron-İştirak İndeksi” üzrə BMT-nin 193 üzv ölkəsinin reytinqi müəyyənləşdirilib.

Hesabatda “Elektron Hökumətin İnkişaf İndeksi” üzrə ölkələr ümumilikdə topladığı xala görə 4 qrup üzrə təsnifləşdirilib (çox yüksək, yüksək, orta, zəif).

Qeyd edək ki, “Elektron Hökumət İnkişaf İndeksi” (EGDI) üzrə Azərbaycan əvvəlki hesabatdakı kimi “Yüksək” EGDI ölkələr qrupuna daxil edilib.

• EGDI qrupunda dünya ölkələri arasında Birləşmiş Krallıq liderlik edir. Qeyd edək ki, əvvəlki hesabatda liderlik edən Koreya hazırki hesabatda 3-cü yerdə mövqe tutub. “Elektron Hökumət İnkişaf İndeksi” üzrə 2-ci yerin sahibi Avstraliya olub.

• Qeyd edək ki, reytinq cədvəlində xeyli irəliləyən ölkəmiz MDB regionunda əvvəlki hesabatdakı 7-ci mövqeyindən 4-cü mövqeyə yüksəlib.

• EGDI indeksinə görə MDB ölkələrinin müqayisəsi:

Ölkənin adı

“E-government survey 2016” hesabatında mövqe

“E-government survey 2014” hesabatında mövqe

“E-government survey 2012” hesabatında mövqe

Qazaxıstan

33

28

38

Rusiya

35

27

27

Belarus

49

55

61

Azərbaycan

56

68

96

Gürcüstan

61

56

72

Ukrayna

62

87

68

Moldova

65

66

69

Özbəkistan

80

100

91

Ermənistan

87

61

94

Qırğızıstan

97

101

99

Türkmənistan

140

128

126

Tacikistan

139

129

122

Məlumat üçün bildirək ki, “Elektron Hökumət İnkişaf İndeksi”nin hesablanması zamanı 3 komponent əsas götürülür:

Online xidmət sub-indeksi,
Telekommunikasiya İnrfastrukturu sub-indeksi,
İnsan Kapitalı sub-indeksi.

• BMT-nin sözügedən hesabatında göstərilən ikinci əsas indeksi “Elektron-İştirak İndeksi”dir (E-Participation). Azərbaycan bu göstəriciyə görə dünya ölkələri arasında 30 pillə irəliləyərək 77-ci yerdən 47-ci yerə yüksəlib.

• Azərbaycan həm də bu göstərici üzrə MDB ölkələri arasında əvvəlki 7-ci yerindən 2-ci yerə yüksəlmiş olub.

Ölkənin adı

“E-govrnment survey 2016” hesabatında mövqe

“E-govrnment survey 2014” hesabatında mövqe

Mövqe dəyişikliyi

1

Rusiya

32

30

-2

1

Ukrayna

32

77

+45

2

Azərbaycan

47

77

+30

2

Özbəkistan

47

71

+24

3

Moldova

50

40

-

4

Qırğızıstan

67

81

+14

4

Qazaxıstan

67

22

-45

5

Belarus

76

55

-21

5

Gürcüstan

76

49

-27

6

Ermənistan

84

59

-25

7

Tacikistan

149

158

+9

8

Türkmənistan

179

158

-21

• Həmçinin məcmuədə “Elektron-İştirak İndeksi” üzrə ən yaxşı performans göstərən top 50 ölkə arasında Azərbaycanın adı qeyd edilib. Bu indeks üzrə meyarlar e-informasiya, e-məsləhət, e-qərarvermə alt göstəricilər əsasında hesablanır.

• “Elektron-İştirak İndeksi”nin sub-göstəriciləri üzrə Azərbaycanın mövqeyi aşağıdakı kimidir.

Qeyd edək ki, hesabatın müvafiq qiymətləndirməsində “Elektron-İştirak İndeksi” üzrə dünya ölkələri arasında Birləşmiş Krallıq liderlik edir. Digər 2-ci yer iki ölkə - Yaponiya və Avstraliya arasında bölüşür. Əvvəlki hesabatda birinci olan Koreya isə bu dəfə 4-cü yerdə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti