Bakı. Trend:
Expressbank kart sahibləri üçün “Xərclərinizi gəlirə çevirin” şüarı altında ExpressClub layihəsini təqdim edir. Bankdan Trend-ə verilən məlumata görə, Expressbank-ın bütün kart sahibləri ölkədaxili POS-terminallar vasitəsi ilə alış-veriş edərkən, xərclədikləri məbləğin müəyyən hissəsini karta geri alacaqlar (Cash back). Bu vəsaiti müştərilər həm nağdlaşdıra, həm də POS-terminallar vasitəsi ilə yenidən alış-veriş etməklə növbəti xərclərini də gəlirə çevirə bilərlər.
ExpressClub şəbəkəsinə daxil olan tərəfdaşların siyahısı daim yenilənməkdə və artmaqdadır. Şəbəkəyə daxil olan tərəfdaş şirkətlərdə Expressbank kartları ilə nağdsız ödəniş etdikdə müştərilərə 20%-dək “cash back” geri qayıdır.
Xüsusi məqam ondan ibarətdir ki, Expressclub şəbəkəsinə daxil olmayan müəssisələrdə alış-veriş edən müştərilər də diqqətdən kənarda qalmayacaq və xərclədikləri vəsaitin 0,3%-ni karta geri alacaqlar.
Expressclub sayəsində Expressbank-ın bütün plastik kart sahibləri pos-terminallar vasitəsilə ödəməklə, xərclərini gəlirə çevirəcəklər. Bu fürsətlərdən yararlanmaq üçün sadəcə Expressbank-ın istənilən kart sahibi olmaq kifayətdir!
Xatırladaq ki, Expressbank-ın kartlarına dərhal, rahat və komissiyasız vəsaiti ExpressPay terminalları və mobil pul kisəsi vasitəsi ilə mədaxil etmək mümkündür.
ExpressClub tərafdaş şəbəkəsi və “Cash back” xidməti haqqında daha ətraflı məlumat üçün müştərilər 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilər.
Expressbank-ın ödəniş kartları ilə xərclərinizi gəlirə çevirin!