Bakı. Trend:
Expressbank-ın plastik kartlarında nağdlaşdırma limitlərinin müəyyən edilməsi haqqında doğru olmayan məlumat verililib.
Bu barədə Trend-ə bankdan verilən məlumatda bildirilir.
Birmənalı olaraq bildirmək istəyirik ki, haqqında danışılan limitlər yalnız Smilecard taksit kartlarına aiddir. Xatırladaq ki, bazarda mövcud bütün taksit kartlarda nağdlaşdırma üzrə limitlər mövcuddur. Expressbank-ın digər hər hansı plastik kartlarına nağdlaşdırma ilə bağlı nəinki limit təyin edilməyib, hətta nağdlaşdırma komissiyası “0%” olaraq müəyyən edilib saxlanılır.
Hazırda Smilecard sahibləri üçün limitlərin tətbiqi ölkə üzrə nağdsız alış-verişin stimullaşdırılması və bankın təqdim etdiyi ExpressClub layihəsinə marağın artırılmasına xidmət edir. Belə ki, müştərilər ExpressClub xidməti çərçivəsində plastik kartlar vasitəsi ilə POS-terminallar üzərindən alış-veriş edərkən, xərclədikləri vəsaitin 0,3% - dən 20% -dək hissəsini karta geri qazanırlar (cash back). Bu vəsaiti müştərilər həm nağdlaşdıra, həm də POS-terminallar vasitəsi ilə yenidən alış-veriş etməklə növbəti xərclərini də gəlirə çevirə bilərlər.
Stabil inkişaf edən maliyyə göstəriciləri əsasında Fitch Ratings beynəlxalq reytinq agentliyi tərəfindən Expressbank-a “B” səviyyəli “stabil” proqnozu təqdim edilib. Bu reytinq ölkə bankları sırasında yüksək nəticələrdən hesab edilir.
Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.