...

PAŞA Bank və British Council yeni Biznes-jurnalistika proqramına start veriblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Avqust 2016 10:08 (UTC +04:00)
Bakı, 23 avqust 2016-cı il. Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bank "British Council" ilə birgə yerli biznes-jurnalistikanın inkişafına həsr olunmuş yeni proqramın həyata keçirilməsi elan edir.
PAŞA Bank və British Council yeni Biznes-jurnalistika proqramına start veriblər

Bakı. Trend:

Bakı, 23 avqust 2016-cı il. Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bank "British Council" ilə birgə yerli biznes-jurnalistikanın inkişafına həsr olunmuş yeni proqramın həyata keçirilməsi elan edir. Layihənin əsas məqsədi jurnalistlər xüsusi hazırlanmış təlim proqramı vasitəsilə milli mətbuata  peşəkar bilik və səriştənin artırılmasında dəstək göstərməkdir.

Layihə Böyük Britaniyanın 100-dən artıq ölkədə fəaliyyət göstərən, Avropanın ən böyük media təşkilatlarından biri sayılan və  mətbuatda ən yüksək etik və peşəkar standartları dəstəkləyərək müxtəlif ölkələrdən minlərlə jurnalistlərin kütləvi media vasitələrinin yaradılmasına imkan yaradan Thomson Fondunun təşkilati dəstəyi ilə həyata keçiriləcək.

Layihə çərçivəsində 10 seçilmiş iştirakçının media sahəsində xüsusi olaraq hazırlanmış təlim proqramında iştirakı eləcə də, fəal və tam davamiyyəti olan jurnalistlərin  Böyük Britaniyaya təlim səfəri nəzərdə tutulmuşdur. Səfər zamanı tanınmış qəzet və jurnal, eləcə də digər media müəssisələrinə səfərlər və qabaqcıl jurnalistlərlə görüşlər təşkil olunacaqdır. Bizim məqsədimiz qabaqcıl jurnalistlər qrupu yaratmaqla ölkədə düzgün və balanslı məlumatın çatdırılması və Azərbaycanda biznes jurnalistika standartlarının nəzərə çarpacaq dərəcədə inkişaf etdirilməsinə  töhfə verməkdir.

Seçiləcək iştirakçılardan tələb olunanlar:

Jurnalistika sahəsində minimum 2 illik iş təcrübəsi
Ölkədaxili radio və televiziya yayımları, çap, onlayn mediada işləməli 

Bütün təlim kurslarında iştirak edə bilməli

3 təlim sessiyası Bakıda (hər təlim 5 tam gün olmaqla - Noyabr 2016, yanvar və fevral 2017)
Təlim məqsədilə 2017-ci ilin mart ayında Böyük Britaniyaya təcrübə səfəri

Seçim prosesi aşağıdakı mərhələlərdən ibarət olacaq:

Ərizə forması və inşalar
Yerli təlimlər üçün ilkin müsahibələrin keçirilməsi
Böyük Britaniyaya Tədris səfəri üçün seçim (yerli təlimlərdən sonra)

Maraqlanan şəxslər ərizə formasını British Council-ın internet səhifəsindən www.britishcouncil.az  yükləməlidirlər. Doldurulmuş ərizə forması, CV ilə birgə 2016-cı il 30 sentyabr tarixindən gec olmayaraq [email protected] elektron poçt ünvanına göndərilməlidir.

Uyğun namizədlər musahibəyə dəvət olunacaqlar.

Əlavə məlumat üçün əlaqə saxlayın:

Nigar Nəsrullayeva

Təhsil proqramları üzrə İcraçı

British Council Azərbaycan

T: 4971593; 4972013 F: 4989236

Layihə haqqında məlumat: PAŞA Bank, British Council və Thomson Fondu ötən 5 il ərzində Azərbaycanda bir etalon sayılan media təlimi layihəsi həyata keçirmişdirb. 2011-ci ildən başlayaraq keçirilən Biznes Jurnalistikası layihəsi çərçivəsində  British Council, biznes mövzularını əhatə edən  media sahəsində işləyən Azərbaycanın qabaqcıl jusrnalistləri üçün təlimlər təşkil etmişdir. Hər il təlimlərdən sonra iştirakçılar  Böyük Britaniyanın London və Kardif şəhərlərində tədris səfərində iştirak etmişdir. Təlimlər   Thomson Fondu tərəfindən təyin olunmuş təcrübəli təlimçilər tərəfindən keçirilmişdir.

Təlim  fəaliyyətlərinə daxildir:  İl ərzində 15 günlük xüsusi media kursunun təşkili və icrası  və jurnalistləin Böyük Britaniyaya səfəri zamanı məşhur  qəzetlər, jurnallar və digər media qurumlarında iş təcrübəsinin mübadiləsi və  Britaniyanın aparıcı jurnalistləri ilə görüşlər.

Bank haqqında:

PAŞA Bank – Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və 6 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 430 çox əməkdaş çalışır. “Europe Banking Awards” 2011, 2012, 2013 çərçivəsində Bank “Azərbaycanın ən yaxşı İnvestisiya Bankı” elan olunmuşdur, 2013-2014-cü illərdə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülmüşdür.

PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.       

 

Məqalədə:
Xəbər lenti

Xəbər lenti