...

DB: Azərbaycanda xarici və daxili investorlar üçün eyni şərait yaradılmalıdır (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Sentyabr 2016 14:45 (UTC +04:00)
Dünya Bankı (DB) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) özəl sektorun inkişafında və ona investisiyaların təşviqində Azərbaycanı dəstəkləməyə hazırdır.
DB: Azərbaycanda xarici və daxili investorlar üçün eyni şərait yaradılmalıdır (FOTO)

Bakı. Ənvər Məmmədov – Trend:

Dünya Bankı (DB) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) özəl sektorun inkişafında və ona investisiyaların təşviqində Azərbaycanı dəstəkləməyə hazırdır.

Trend-in məlumatına görə, bunu IFC-nın Cənubi Qafqaz üzrə regional meneceri Yan van Bilsen Bakıda investisiya mühiti, investisiların təşviqi və qorunmasına həsr olunmuş seminarda deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycan üçün təkcə birbaşa xarici investisiyaları cəlb etmək deyil, həm də daxili kapital qoyuluşlarını özəl sektora təşviq etmək vacibdir: "Hazırda əsas vəzifələrdən biri daxili investisiyaların axını, xarici və daxili investorlar üçün eyni şəraitin yaradılması məqsədilə mümkün maneələrin aradan qaldırılmasıdır. Bu, ölkəyə iqtisadiyyatını şaxələndirməyə, iş yerlərinin sayını artırmağa və ölkənin fiskal balansını təkmilləşdirməyə imkan verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti