...

Gələn il Azərbaycanda ÜDM-in real artımı 1 faiz səviyyəsində gözlənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Sentyabr 2016 16:31 (UTC +04:00)
Azərbaycan hökuməti ÜDM-in real artımını 2017-ci ildə bir faiz səviyyəsində gözləyir.
Gələn il Azərbaycanda ÜDM-in real artımı 1 faiz səviyyəsində gözlənilir

Bakı. Azad Həsənli – Trend:

Azərbaycan hökuməti ÜDM-in real artımını 2017-ci ildə bir faiz səviyyəsində gözləyir.

Trend-in məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin 2017-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında deyilir.

Qeyri-neft ÜDM-in real artımı gələn il üçün 2,5 faiz səviyyəsində proqnozlaşdırılır.

Sənədə əsasən, ÜDM-in artımı növbəti illərdə də davam edəcək və 2019-cu ildə 2,8 faiz təşkil edəcək, 2020-ci ildə isə 2,4 faizədək azalacaq.

2017-ci ildə özəl sektorun ÜDM-də payı gözlənildiyi kimi, 82,8 faiz təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti