...

Polşa Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna qoşulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Oktyabr 2016 15:14 (UTC +04:00)
Astanada Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Koordinasiya Komitəsinin növbəti iclası keçirilib.
Polşa Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna qoşulub

Trend-i buradan izləyin

Bakı. Maksim Tsurkov – Trend:

Astanada Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Koordinasiya Komitəsinin növbəti iclası keçirilib. Trend-in "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə istinadən verdiyi məlumata görə, Qazaxıstan Dəmir Yolunun təşkilatçılığı ilə keçirilən tədbirdə Koordinasiya Komitəsinə üzv ölkələrin dəniz və dəmir yolu nəqliyyat qurumlarının, dəniz limanlarının rəhbərləri iştirak ediblər. Azərbaycanı tədbirdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev, Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin baş direktoru Taleh Ziyadov və digər rəsmi şəxslər təmsil ediblər.

“Qazaxıstan Dəmir Yolu”-nun sədri Kanat Alpısbayevin sədrliyi ilə keçən iclasda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) Koordinasiya Komitəsinin hüquqi şəxslər birliyinin yaradılması, TBNM Koordinasiya Komitəsinin təsis sazişinin imzalanması, TBNM Koordinasiya Komitəsinin hüquqi şəxslər birliyinin Nizamnaməsinin təsdiq edilməsi, TBNM Koordinasiya Komitəsinin hüquqi şəxslər birliyinin dövlət orqanlarında qeydiyyata alınması ilə bağlı maraqlarını təmsil etmək üçün səlahiyyətli təşkilatların seçilməsi məsələləri müzakirə olunub və müvafiq qərarlar qəbul olunub.

İclasda həmçinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun səmərəli fəaliyyəti üçün böyük potensialın mövcudluğu qeyd edilib, daşımaların effektivliyinin artırılması və qarşılıqlı əlaqələndirmə işlərinin operativ təşkilinin əhəmiyyəti vurğulanıb.

İştirakçılar yeni üzvlərin qəbulu ilə bağlı məsələni də müzakirə ediblər. Polşanın PKP LHS dəmir yolu şirkəti yekdilliklə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Koordinasiya Komitəsinə üzv qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti