...

Mərkəzi Bankın yeni notları dövlət qeydiyyatına alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Yanvar 2017 16:59 (UTC +04:00)
Sözügedən notların tədavül müddəti 27 gündür.
Mərkəzi Bankın yeni notları dövlət qeydiyyatına alınıb

Bakı. Trend:

Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) tərəfindən Mərkəzi Bankının (AMB) 2017-ci ildə emissiya ediləcək hər birinin nominal dəyəri 100 (yüz) manat olan 2 600 000 (iki milyon altı yüz min) ədəd qısamüddətli notlarının emissiya prospekti 53S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

Palatadan Trend-ə verilən məlumata görə, 30 dekabr tarixində qurum tərəfindən həmçinin AMB-nin hər birinin nominal dəyəri 100 (yüz) manat olan 50 000 (əlli min) ədəd qısamüddətli notlarının buraxılışı 50100153S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

Sözügedən notların tədavül müddəti 27 gündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti