Bakı. Azad Həsənli - Trend:
Yanvarın 16-da Moskvada keçirilməsi planlaşdırılan "Nikoyl Bank"ın səhmdarlarının növbədənkənar ümumi yığıncağı təxirə salınıb.
Bu barədə Trend Məlumatların Elektron Açıqlanması Sisteminə istinadən məlumat verir.
Səhmdarların növbədənkənar ümumi yığıncağı fevralın 8-də Londonda keçiriləcək.
Yığıncaqda Müşahidə Şurası və Audit Komitəsinin tərkiblərinin dəyişdirilməsi, Audit Komitəsinin üzvlərinin mükafatlandırılmasının təsdiq edilməsi, bankın Nizamnaməsinin yeni redaksiyada təsdiq olunması kimi məsələlərin müzakirəsi nəzərdə tutulub.