...

Ötən il 2 milyon dollardan çox valyutanın Azərbaycandan çıxarılmasının qarşısı alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2017 11:08 (UTC +04:00)
Ötən il Azərbaycanın gömrük orqanları üçün qaçaqmalçılıqla mübarizə baxımından uğurlu il olub.
Ötən il 2 milyon dollardan çox valyutanın Azərbaycandan çıxarılmasının qarşısı alınıb

Bakı. Ənvər Məmmədov - Trend:

Ötən il Azərbaycanın gömrük orqanları üçün qaçaqmalçılıqla mübarizə baxımından uğurlu il olub.

Trend-in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev 2016-cı ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

A.Əliyevin sözlərinə görə, ötən il ölkəyə külli miqdarda narkotik vasitələrin gətirilməsinin, həmçinin ölkədən böyük həcmdə xarici valyutanın çıxarılması cəhdinin qarşısı alınıb:

"2016-cı ildə Azərbaycandan ümumi dəyəri iki milyon dollardan çox olan valyutaların qanunsuz çıxarılması cəhdinin qarşısı alınıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti