...

Aydın Əliyevdən türkiyəli sahibkarların təklifinə CAVAB

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 May 2017 11:51 (UTC +04:00)
Azərbaycanın gömrük qanunvericiliyi kifayət qədər sadələşdirilib.
Aydın Əliyevdən türkiyəli sahibkarların təklifinə CAVAB

Bakı. Azad Həsənli - Trend:

Azərbaycanın gömrük qanunvericiliyi kifayət qədər sadələşdirilib.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev türkiyəli sahibkarların sərhəddə gömrük prosedurlarının sadələşdirilməsi ilə bağlı təklifini şərh edərkən deyib.

Onun fikrincə, gömrük orqanları zəruri avadanlıqlarla da təchiz edilib.

A.Əliyev ötən il Azərbaycanın gömrük orqanlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində əldə etdiyi uğurlara da toxunub. O əlavə edib ki, artıq cari ildə Azərbaycan narkotrafikin qarşısının alınması üzrə kifayət qədər böyük işlər görüb:

"Unutmaq olmaz ki, gömrük orqanlarının funksiyası iqtisadi təhlükəsizliyin təmin olunmasından tutmuş ümumi təhlükəsizliyin təmin edilməsinədək genişlənib. Bu planda biz gömrük nəzarətini necə həyata keçirməyi bilirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti