...

Aydın Əliyev: Kosovonun ÜGT üzvlüyünə qəbulu məsələsində Azərbaycanın mövqeyi dəyişməyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Avqust 2017 16:38 (UTC +04:00)
Serbiya Gömrük Xidmətinin mütəxəssisləri Azərbaycana səfər edib.
Aydın Əliyev: Kosovonun ÜGT üzvlüyünə qəbulu məsələsində Azərbaycanın mövqeyi dəyişməyəcək

Bakı. Trend:

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Serbiya Maliyyə Nazirliyinin Gömrük İdarəsinin Beynəlxalq Gömrük Əməkdaşlığı və Avropa İttifaqına İnteqrasiya Departamentinin rəhbəri Gordana Vidanovicin rəhbərlik etdiyi nümayəndə heyətilə görüşüb.

Komitədən Trend-ə verilən məlumata görə, A.Əliyev vurğulayıb ki, ölkələrimiz arasında siyasi əlaqələr yüksək səviyyədə olsa da, ticari münasibətləri inkişaf etdirməyə ehtiyac var.

Görüşdə bildirilib ki, ölkələrimiz beynəlxalq təşkilatlarda bir-birinin mövqelərini dəstəkləyirlər.

Bu ilin aprelində Avstriyanın paytaxtı Vyana şəhərində Ümumdünya Gömrük Təşkilatı Avropa Regionu Gömrük Xidmətləri Rəhbərlərinin Konfransında da Kosovonun ÜGT üzvlüyünə qəbul edilməsi məsələsində Azərbaycanın mövqeyinin dəyişməyəcəyi bildirilib. Qeyd edilib ki, Azərbaycan Kosovonun müstəqilliyini tanımır və birtərəfli elan olunan müstəqillik beynəlxalq hüquqa ziddir.

Hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü dəstəklədiyini söyləyən nümayəndə heyətinin rəhbəri Azərbaycan Gömrük Xidmətinə ÜGT-nin qeyd edilən konfransında tutduğu ədalətli mövqeyinə görə təşəkkürünü bildirib. Departament rəhbəri ÜGT-nin qarşıdakı toplantısında da eyni məsələyə münasibətdə Azərbaycan tərəfinin dəstəyinə ümid etdiklərini diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti