...

Nazir: Litva Azərbaycanla ticarət əlaqələrinin genişlənməsində maraqlıdır (ÖZƏL)

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Yanvar 2018 01:15 (UTC +04:00)
Litva və Azərbaycan qarşılıqlı ticarət dövriyyəsinin artırılması üçün böyük potensiala malikdir.
Nazir: Litva Azərbaycanla ticarət əlaqələrinin genişlənməsində maraqlıdır (ÖZƏL)

Bakı. Azad Həsənli - Trend:

Litva və Azərbaycan qarşılıqlı ticarət dövriyyəsinin artırılması üçün böyük potensiala malikdir.

Bunu Trend-ə özəl müsahibəsində Litvanın iqtisadiyyat naziri Virginiyus Sinkyaviçyus deyib.

Nazir qeyd edib ki, Litva Statistika Departamentinin hesabatına əsasən, 2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan Litvanın 204 ticarət tərəfdaşı arasında 58-ci yeri tutub. İxrac həcminə görə, Azərbaycan 48-ci, idxal həcminə görə isə 84-cü yerdə qərarlaşıb.

V.Sinkyaviçyusun fikrincə, Litva ilə Azərbaycan arasında ticarət münasibətləri nə ticarət, nə də xidmətlərin göstərilməsi baxımından intensiv deyil.

O əlavə edib ki, Litva yüksək keyfiyyətli məhsul və xidmətlərin geniş spektrini təqdim edə bilər: “Ölkələr arasında qurulan münasibətləri və əməkdaşlığa olan marağı nəzərə alaraq, mən Azərbaycanla Litva arasında dayanıqlı və konstruktiv əməkdaşlığın möhkəmlənməsi yolunda hazır olduğumu bildirmək istərdim”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti