...

Azərbaycana idxalın artım səbəbi açıqlanıb (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2018 11:09 (UTC +04:00)
Azərbaycana idxalın artım səbəbi açıqlanıb.
Azərbaycana idxalın artım səbəbi açıqlanıb (YENİLƏNİB)

Bakı. Ənvər Məmmədov - Trend:

2017-ci ildə idxalın artımı Azərbaycanda həyata keçirilən investisiya layihələri çərçivəsində tədarüklərlə bağlıdır.

Trend-in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev 2017-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

A.Əliyev vurğulayıb ki, son illərdə ölkədə bir sıra investisiya layihələri reallaşdırılır: "Bununla əlaqədar olaraq Azərbaycana avadanlıqlar, tikinti texnikası və materialları idxal olunub. İdxalın artımına da əsasən bu tədarüklər təsir göstərib".

DGK-nın məlumatına əsasən, ötən il ölkəyə 8,78 milyard manat dəyərində məhsullar idxal edilib ki, bu da 2016-cı ilin göstəricisini 2,9 faiz üstələyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti