...

Azərbaycan Milli Kulinariya komandasının “Super Sun”la birgə növbəti uğuru (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 May 2018 17:15 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvlərindən ibarət komanda Sloveniyanın Krajinska Gora şəhərində III Beynəlxalq Kulinariya Çempionatında iştirak edib.

“Azərsun Holdinq”dən Trend-ə verilən məlumata görə, təşkil edilmmiş kulinariya çempionatında uğurla çıxış edən aşpazlarımız, 2 qızıl, 3 gümüş medal qazanıblar. Burda müxtəlif siniflər üzrə təşkil edilmiş və 15 ölkənin qatıldığı yarışda 400-dən çox aşpaz iştirak edib.

Yarışda iştirak etmiş kulinarlar yeməklərin “Super Sun” yağı ilə bişirilməsinin komandanın yüksək nəticə göstərməsində mühüm rol oynadığını bildiriblər. Milli kulinariya komandamızın beynəlxalq festivallarda və yarışlarda əldə etdiyi uğurlu nəticələrdə də çox böyük rol oynayan bu yağlar ilə hazırlanmış yeməklər gözəl tamı ilə hər zaman istehlakçılar tərəfindən böyük rəğbətlə qarşılanır. Qeyd edək ki, “Azərsun Holdinq”ə məxsus fabriklərdə istehsal olunan bu məhsullar yağa olan daxili tələbatı ödəməklə bərabər həm də Azərbaycanın ixrac potensialının yüksəlməsinə böyük töhfə verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti