...

Nazir müavini: Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi işini davam etdirmək niyyətindədir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyun 2018 12:08 (UTC +04:00)
Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi istiqamətində işi davam etdirmək niyyətindədir.
Nazir müavini: Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi işini davam etdirmək niyyətindədir (FOTO)

Bakı. İlkin Şəfiyev - Trend:

Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi istiqamətində işi davam etdirmək niyyətindədir.

Trend-in məlumatına görə, bunu Bakıda keçirilən Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının sammitində "İqtisadi azadlıq" mövzusunda paneldə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

O bildirib ki, 2018-ci ilin birinci rübü ərzində iqtisadi göstəricilər görülən işin səmərə verdiyini göstərir:

"2018-ci ilin birinci rübündə Azərbaycanın ÜDM-i 1,2 faiz, qeyri-neft ÜDM-i isə 2,1 faiz artıb. Bu göstəricilər gələcək artımın indikatorudur. Azərbaycanda iqtisadi islahatlar davam etdiriləcək. İqtisadiyyatın şaxələndirilməsi neft-qaz ölkəsi olan Azərbaycan üçün çox vacibdir".

Nazir müavini qeyd edib ki, Azərbaycan hökuməti infrastrukturun inkişafına, o cümlədən sosial infrastruktura investisiyaları davam etdirmək niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti