...

Azərbaycan qeyri-neft ÜDM-ində sığorta yığımlarının payını artırmaq istəyir (FOTO) (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyun 2018 10:18 (UTC +04:00)
Azərbaycan qeyri-neft ÜDM-ində sığorta yığımlarının payını artırmaq niyyətindədir.
Azərbaycan qeyri-neft ÜDM-ində sığorta yığımlarının payını artırmaq istəyir (FOTO) (YENİLƏNİB)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan qeyri-neft ÜDM-ində sığorta yığımlarının payını artırmaq niyyətindədir.

Trend-in məlumatına görə, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının icraçı direktoru İbrahim Alışov "Azərbaycanda sığorta: Yeni perspektivlər" adlı konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, əsas məqsəd qeyri-neft ÜDM-ində sığorta yığımlarının payını 8 faizə çatdırmaqdır:

"Hazırda bu pay cəmi 0,8 faiz təşkil edir. Bizim strateji məqsədimiz bu göstəricini 8 faizədək artırmaqdır. Həmçinin 2018-ci ilin sonunadək sığorta yığımlarının xüsusi çəkisini 1,4 faizə çatdırmaq niyyətindəyik".

İ.Alışov bildirib ki, mayın sonuna olan məlumata əsasən Azərbaycanda sığorta yığımları təqribən 351 milyon manata çatıb, bu da ötən ilin analoji dövrünün göstəricisindən 46,1 faiz çoxdur: "Beləliklə, ölkənin sığorta bazarının artmağa davam edəcəyini söyləmək olar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti