...

Ziyad Səməzadə: Azərbaycan daşınmaz əmlakın sığortası üzrə yığımları xeyli artıra bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyun 2018 12:15 (UTC +04:00)
Azərbaycan daşınmaz əmlakın sığortası üzrə yığımları xeyli artıra bilər.
Ziyad Səməzadə: Azərbaycan daşınmaz əmlakın sığortası üzrə yığımları xeyli artıra bilər

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan daşınmaz əmlakın sığortası üzrə yığımları əhəmiyyətli dərəcədə artıra bilər.

Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə "Azərbaycanda sığorta: Yeni perspektivlər" mövzusunda konfransda deyib.

Z.Səmədzadə qeyd edib: "Bizim hesablamalarımıza görə, qeydiyyat sisteminin modernləşdirilməsi daşınmaz əmlakın sığortası üzrə yığımları 200-300 milyon manat artıracaq. Azərbaycanla qonşu ölkələrdə daşınmaz əmlakın sığortasından yığımların payı ümumi yığımların 20 faizini təşkil edir. Onlar buna qeydiyyat və nəzarət sistemini modernləşdirməklə nail olublar. Biz də bu nəticəni əldə edə bilərik".

Hazırda Azərbaycanda daşınmaz əmlakın könüllü və icbari sığortası mövcuddur. Mayın sonuna daşınmaz əmlakın könüllü sığortası üzrə yığımlar 27,79 milyon manat (ümumi yığımların 7,9 faizi), icbari sığortası üzrə yığımlar isə 12,17 milyon manat (3,5 faiz) təşkil edib.

Azərbaycanda 21 sığorta şirkəti fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti