...

Xalq Bankın Visa kartı ilə ödə - iPhone X qazan!

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyul 2018 17:58 (UTC +04:00)
Kampaniyada Xalq Bank tərəfindən buraxılan Visa Platinum, Visa Gold, Visa Classic, Visa Electron kartları iştirak edir.
Xalq Bankın Visa kartı ilə ödə - iPhone X qazan!

Bakı. Trend:

Xalq Bankın Visa kartlarının istifadəçiləri ölkə xaricinə səyahət zamanı “Xaricdə Visa kartı ilə ödə və bizimlə parlaq emosiyaları yadda saxlamaq şansı əldə et” kampaniyasında iştirak edə və dəyərli hədiyyələr qazana bilərlər.

Bankdan Trend-ə verilən məlumata görə, kampaniyanın iştirakçısı olmaq üçün cari ilin avqust ayının 31-dək ölkə xaricində Xalq Bankın Visa kartı ilə ödəniş etmək, www.visa.com.az saytına daxil olaraq qeydiyyatdan keçmək və kart əməliyyatları haqda məlumatı göstərmək lazımdır. Kampaniyada, Mərkəzi Bankın ödəniş gününə olan valyuta mübadilə kursuna əsasən 10 AZN ekvivalentində və daha yüksək məbləğdə tranzaksiyalar iştirak edə bilər. Uduş fondu 6 ədəd GOPro Hero 5 Black kamerası və 1 ədəd iPhone X 64 GB smartfonundan ibarətdir.

Kampaniyada Xalq Bank tərəfindən buraxılan Visa Platinum, Visa Gold, Visa Classic, Visa Electron kartları iştirak edir. Kartları Bankın istənilən filialında pulsuz əldə etmək olar. Visa kartları ilə aparılan əməliyyatların təhlükəsizliyi ən müasir güvənlik sistemləri ilə təmin edilir.

Kampaniya haqda ətraflı məlumatı Xalq Bankın 138 Məlumat mərkəzindən, www.xalqbank.az və www.visa.com.az saytlarından əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti