...

Latviya tekstil istehsalçıları MDB bazarlarına Azərbaycan vasitəsilə çıxmaq istəyirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Avqust 2018 20:03 (UTC +04:00)
Latviya tekstil istehsalçıları MDB bazarlarına Azərbaycan vasitəsilə çıxmaq istəyirlər.
Latviya tekstil istehsalçıları MDB bazarlarına Azərbaycan vasitəsilə çıxmaq istəyirlər

Bakı. Mətanət Nəsibova - Trend:

Latviya tekstil mallarının istehsalçıları gələcəkdə öz məhsullarını MDB ölkələrinin bazarlarına ixrac etmək məqsədilə Azərbaycanda birgə istehsalat yaratmağı planlaşdırırlar.

Bunu Trend-ə Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri, “Gilan Textile” şirkətinin rəhbəri Mehriban Axundova deyib.

O bildirib ki, hazırda danışıqlar davam edir, xüsusilə Latviyanın alt paltar istehsalçıları bununla maraqlanırlar, çünki hazırda Avropa ölkələri üçün mövcud gömrük rüsumları və vergilərindən dolayı MDB bazarlarına çıxmaq onlar üçün sərfəli deyil. Azərbaycanın MDB ölkələri ilə azad ticarət zonası haqqında ikitərəfli sazişlər imzaladığını nəzərə alsaq, ölkəmizdə birgə istehsalatın yaradılması bu ölkələrə hazır məhsulların ixracını gömrük ödənişlərindən azad edəcək".

M.Axundovanın sözlərinə görə, artıq Latviyanın alt paltar istehsalçıları ilə danışıqlar aparılıb və bu ilin payız aylarında müvafiq razılaşmaların əldə olunması istisna deyil:

"Bundan əlavə, payızın ilk aylarında Rusiyanın Tekstil İstehsalçıları Assosiasiyasının sədri ilə görüş keçiriləcək. Görüş ərzində bu sahədə birgə planların başlanması müddəti müəyyənləşdiriləcək".

Assosiasiyanın rəhbəri bildirib ki, Azərbaycan tekstil məhsullarına xaricdə böyük tələbat var və "Made in Azerbaijan" markası yalnız Türkiyədə deyil, MDB və Baltikyanı ölkələrdə də məşhurlaşır:

"Hazırda Azərbaycanın Latviya, Rusiya, Türkiyə, Ukrayna və Belarusdakı ticarət evlərində yerli tekstil məmulatları təqdim olunur. Bu evlərdə Bakı Tekstil Fabriki və "Gilan" Tekstil Parkında istehsal olunan məhsullar nümayiş etdirilir".

M.Axundovanın fikrincə, yerli tekstil məhsulları xarici bazarda, ilk növbədə, ekoloji təhlükəsizlik standartlarına və beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətə görə rəqabətə apara bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti