...

Mərkəzi Bank 2019-cu il üçün inflyasiya üzrə proqnozları açıqladı (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2018 11:24 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı 2019-cu ildə inflyasiyanı 4 faiz (+/- 2 faiz) səviyyəsində saxlamaq niyyətindədir
Mərkəzi Bank 2019-cu il üçün inflyasiya üzrə proqnozları açıqladı (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı 2019-cu ildə inflyasiyanı 4 faiz (+/- 2 faiz) səviyyəsində saxlamaq niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə Mərkəzi Bankın 2019-cu il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri üzrə hesabatında deyilir.

2018-ci ildə inflyasiya gözlənildiyindən daha sürətli templə azalıb və birrəqəmli göstəricidə sabitləşib. 2018-ci ilin yanvar-noyabr aylarında inflyasiya 2,3 faiz təşkil edib.

İstehlak zənbilinə daxil olan məhsulların 23 faizə yaxını ucuzlaşıb, 7 faizinin qiyməti dəyişməz qalıb, 62 faizi isə bahalaşsa da, bu artım beş faizi keçməyib.

Manatın məzənnəsinin dayanıqlığı inflyasiyanın azalmasında əsas rol oynayan amillərdən biri olub.

Qeyd edək ki, Mərkəzi Bankın son proqnozlarına əsasən 2018-ci ildə Azərbaycanda inflyasiya 2,3 təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti