...

Elman Rüstəmov: Manatın devalvasiyası ilə bağlı gözləntilər yoxdur

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2019 12:02 (UTC +04:00)
Azərbaycanda dolların məzənnəsinin manata nisbətdə artması ilə bağlı gözləntilər yoxdur
Elman Rüstəmov: Manatın devalvasiyası ilə bağlı gözləntilər yoxdur

Bakı. Sara İsrafilbəyova - Trend:

Azərbaycanda dolların məzənnəsinin manata nisbətdə artması ilə bağlı gözləntilər yoxdur.

Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib.

E.Rüstəmov qeyd edib ki, bu gün devalvasiya barədə danışmaq qeyri-ciddilikdir:

“Azərbaycanda makroiqtisadi vəziyyət sabitdir, tədiyyə balansında profisit qeydə alınıb”.

Xatırladaq ki, 2015-2016-cı illərdə baş vermiş iki devalvasiya ilə əlaqədar manat dollara nisbətdə iki dəfə ucuzlaşıb. 2017-ci ildə Mərkəzi Bankın həyata keçirdiyi valyuta siyasəti nəticəsində manat dollara nisbətdə 4 faiz möhkəmlənib. 2018-ci ilin martından manatın dollara nisbəti 1,7 manat təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti