...

Nazir: "Diqlas"dakı yanğından zərərçəkmiş sahibkarlara dövlət yardımının verilməsinə sabahdan başlanılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Aprel 2019 15:00 (UTC +04:00)
Bakıda "Diqlas" ticarət mərkəzindəki yanğın zamanı zərərçəkmiş sahibkarlara dövlət yardımının verilməsinə sabahdan başlanılacaq.
Nazir: "Diqlas"dakı yanğından zərərçəkmiş sahibkarlara dövlət yardımının verilməsinə sabahdan başlanılacaq

Bakı. Mətanət Nəsibova - Trend:

Bakıda "Diqlas" ticarət mərkəzindəki yanğın zamanı zərərçəkmiş sahibkarlara dövlət yardımının verilməsinə sabahdan başlanılacaq.

Trend-in məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir qeyd edib ki, ilkin mərhələdə sahibkarlar dövlət yardımının bir hissəsini ala biləcəklər. Vəsaitin qalanı isə dəymiş ziyanın yekun məbləği müəyyən edildikdən sonra ödəniləcək.

Ş.Mustafayevin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən sahibkarlara dövlət yardımının verilməsi qaydası 3 gün ərzində hazırlanıb.

Onun sözlərinə görə, sahibkarlara ödənişlər "Kapital Bank" və "TuranBank" vasitəsilə həyata keçiriləcək.

Nazir deyib ki, sahibkarlara dövlət yardımı bank kartları vasitəsilə nağdsız şəkildə veriləcək və banklar bundan xidmət haqqı tutmayacaqlar.

Ş.Mustafayev həmçinin qeyd edib ki, zərərçəkmiş sahibkarla güzəştli kreditlərdən yararlana biləcəklər və 14 -15 mln. manat məbləğində kreditin ödənilməsi gözlənilir

Qeyd edək ki, Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar martın 28-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib. Prezident İlham Əliyev yanğın hadisəsinin tam araşdırılıb təkliflərin verilməsi üçün komissiyanın yaradılacağını, bununla yanaşı, operativ olaraq sahibkarlara maddi dəstək göstəriləcəyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti