...

Azərbaycanda qazın güzəştli tariflərlə istehlak limiti artırıldı

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Aprel 2019 19:02 (UTC +04:00)
Azərbaycanda qazın güzəştli tariflərlə istehlak limiti artırılıb.
Azərbaycanda qazın güzəştli tariflərlə istehlak limiti artırıldı

Bakı. Xeyrəddin Nəsirzadə - Trend:

Azərbaycanda qazın güzəştli tariflərlə istehlak limiti artırılıb. Trend-in məlumatına görə, bunu Tarif Şurasının sədri, iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazirin sözlərinə görə, qazın aşağı tariflə illik istehlak həcmi 1700 kubmetr qazdan 2200 kubmetr qaza qədər artırılıb.

Ş.Mustafayev qeyd edib ki, müvafiq qərar bu gün Tarif Şurasının iclasında qəbul edilib.

Nazir əlavə edib ki, qərar mayın 1-dən qüvvəyə minir.

Ş.Mustafayevin sözlərinə görə, bu humanist addım dövlət başçısının ölkə vətəndaşlarına böyük diqqət və qayğısının daha bir nümunəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti