...

Azərbaycanda məşğul qadınların 70 faizi kəndlərdə yaşayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Fevral 2020 13:16 (UTC +04:00)
Layihə qadınların kənd təsərrüfat sektorunda rəqabətqabiliyyətliliyinin artırılmasına yönəlib
Azərbaycanda məşğul qadınların 70 faizi kəndlərdə yaşayır

Bakı. Eldar Canaşvili - Trend:

Azərbaycanda məşğul qadınların 70 faizi kəndlərdə yaşayır.

Trend-in məlumatına görə, bunu Aqrar Kredit və İnkişaf Agentliyinin Proqramlar və layihələr departamentinin rəhbəri Leyli Ağayeva Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycanla əməkdaşlıq proqramının birinci seminarı zamanı deyib.

Onun sözlərinə görə, bu amil onu göstərir ki, aqrar sektorda məşğul qadınların rolunun artırılması layihəsi Azərbaycan iqtisadiyyatında fəaliyyət göstərən qadınların böyük hissəsini əhatə etməyə imkan verəcək: “Azərbaycanda aqrar sektor iqtisadiyyatın prioritet sahələrindən biridir. Bu sahədə ölkə əhalisinin təxminən 40 faizi məşğuldur”.

L.Ağayeva bildirib ki, layihə qadınların kənd təsərrüfat sektorunda rəqabətqabiliyyətliliyinin artırılmasına yönəlib və bu istiqamətdə agentlik “Aqrar Tədarük və Təchizat” ASC ilə birgə qadın fermerlərə texniki dəstəyin təqdim olunmasına xidmət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti