...

Səfir: Latviya nəqliyyat-logistika sektoruna Azərbaycandan investisiyaların cəlb olunmasında maraqlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyun 2020 11:04 (UTC +04:00)

Bakı. Ləman Zeynalova - Trend:

Latviya nəqliyyat-logistika sektoruna Azərbaycandan investisiyaların cəlb olunmasında maraqlıdır.

Bunu Trend-ə Latviyanın Azərbaycandakı səfiri Daynis Qarançs deyib.

O bildirib ki, bu, hər iki tərəf üçün qarşılıqlı səmərəli olacaq:

“Avrasiya nəqliyyat şəbəkələrində əməkdaşlıq yolu ilə, dəmiryolu və hava nəqliyyatının işə salınması ilə ölkələrimizin tranzit potensialının inkişafı üçün yaxşı imkanlar var”.

Səfir qeyd edib ki, Latviya və Azərbaycanın böyük əməkdaşlıq potensialı var:

“Müxtəlif sahələrdə əməkdaşlığın inkişafı vacibdir. Hər iki ölkədə sahibkarlar əməkdaşlığın yeni formalarını axtarmalıdır. İkitərəfli ticarətin asanlaşdırılması üçün, yəqin ki, biznesə yeni tərəfdaşlar tapmaqda kömək lazım olacaq”.

D.Qarançs əlavə edib ki, ikitərəfli münasibətlərdə ən vacib prioritetlərdən biri təhsil sahəsində əməkdaşlıqdır.

Onun sözlərinə görə, epidemioloji vəziyyət düzələndən sonra ölkələr turizm sahəsində əməkdaşlığın inkişafı üzərində işləyəcək:

“Azərbaycanlı turistlər üçün Latviyanın təklif etdiyi ekoloji sağlamlıq turizminin imkanlarından istifadə etmək maraqlı ola bilər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti