...

Aİ Azərbaycanda "yaşıl" iqtisadiyyata keçidi dəstəkləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyun 2020 09:57 (UTC +04:00)
Aİ Azərbaycanda "yaşıl" iqtisadiyyata keçidi dəstəkləyir

Bakı. Fidan Babayeva - Trend:

Azərbaycanın kənd təsərrüfatı sahəsində Avropa İttifaqı tərəfindən maliyyələşən məsləhət xidmətlərinin gücləndirilməsi üzrə layihə 26 ay davam edəcək.

Bunu Trend-ə BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycanda tərəfdaşlıq və koordinasiya ofisinin rəhbəri Melek Çakmak deyib.

Onun sözlərinə görə, bu layihənin məqsədi kənd təsərrüfatı sektorunda indiki və gələcək problemlərə daha yaxşı reaksiya göstərə biləcək səmərəli və dayanıqlı məsləhət xidməti strategiyasının hazırlanmasında hökumətin səylərini dəstəkləməkdir:

“Bizim hədəfimiz Azərbaycan və hökumətinə və xidmət tədarükçülərinə kənd rayonlarında fermer təsərrüfatlarının gəlirlərinin artması üçün daha məqsədəuyğun olan əməliyyat ssitemlərinin, proses və xidmətlərin modernləşdirilməsini keçirməkdə kömək etməkdir”.

M.Çakmak bildirib ki, layihə üç müstəvidə işləyir: əlverişli mühit, institusional inkişaf və məsləhətçilərin, məsləhət xidməti rəhbərlərinin, fermerlərin və digər kənd təsərrüfatı innovasiya sistemi subyektlərinin fərdi potensialının yüksəldilməsi.

O əlavə edib ki, FAO Azərbaycanı həm də “Dayanıqlı İnkişaf Məqsədləri” çərçivəsində prioritet hədəflərə nail olunmasında dəstəkləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti