...

Azərbaycanda sahibkarlar rəqəmsal marketinqin yeni alətlərindən istifadə edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Yanvar 2021 17:58 (UTC +04:00)
Azərbaycanda sahibkarlar rəqəmsal marketinqin yeni alətlərindən istifadə edir

Bakı. Fidan Babayeva, Orxan Nəbiyev - Trend:

Azərbaycanda sahibkarlar öz məhsullarının təşviqi üçün rəqəmsal marketinqin yeni alətlərindən və xüsusi proqram tətbiqlərindən istifadə edir.

Bunu Trend-ə İqtisadiyyat Nazirliyi yanında İqtisadi İslahatlar Elmi-Tədqiqaq İnstitutunun direktoru vəzifələrini icra edən Arzu Hüseynova deyib.

O bildirib ki, artıq rəqəmsal transformasiyanın bugünkü nəticələri əvvəlki səviyyəyə qayıtmayacaq:

"Azərbaycanda sənayeləşmə səviyyəsi qonşu dövlətlərlə müqayisədə daha yüksəkdir. Bu da ölkəni dördüncü sənaye inqilabının məqsədlərinə daha da yaxınlaşdırır".

A.Hüseynova bildirib ki, Azərbaycanda iqtisadiyyatın dəstəklənməsi üzrə bir sıra islahatlar keçirilir. Onların əsas məqsədi kənd təsərrüfatı və qeyri-sənaye sektorlarının inkişafıdır.

Bu günədək keçirilmiş islahatların nəticələrindən danışan A.Hüseynova kənd təsərrüfatı məhsulları ixracının artımını vurğulayıb:

"Digər tərəfdən hökumət özəl sektora dəstək mexanizmlərinə böyük diqqət ayırır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti