...

Azərbaycanın daha 10 müəssisəsinə Rusiyaya pomidor ixracına icazə verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyun 2021 18:08 (UTC +04:00)
Azərbaycanın daha 10 müəssisəsinə Rusiyaya pomidor ixracına icazə verilib

Bakı. Fidan Babayeva - Trend:

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti iyunun 16-dan etibarən Azərbaycanın daha 10 müəssisəsinə Rusiyaya pomidor tədarük etməyə icazə verib.

Trend-in məlumatına görə, qərar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) zəmanəti ilə verilib.

Qeyd edək ki, bu günədək ümumilikdə Rusiyanın müvafiq qurumu tərəfindən Azərbaycanın 141 pomidor istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti