...

USAID Azərbaycanda ilk dəfə "Qadınların Milli Biznes Gündəliyi" platformasının yaradıldığını elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyun 2021 11:13 (UTC +04:00)
USAID Azərbaycanda ilk dəfə "Qadınların Milli Biznes Gündəliyi" platformasının yaradıldığını elan edib

Bakı. Fidan Babayeva - Trend:

ABŞ-ın Beynəlxalq İnkişaf üzrə Agentliyi (USAID) Azərbaycanda ilk dəfə "Qadınların Milli Biznes Gündəliyi" platformasının yaradıldığını elan edib.

Trend-in məlumatına görə, bu platforma qadınların kommersiya sektorunda iştirakının genişləndirilməsi üçün innovativ tövsiyyələrə təqdim edəcək.

USAID-in Azərbaycandakı missiyasının direktoru Cey Sinqh bildirib ki, Azərbaycanın qadın sahibkarları və assosiasiyaları tərəfindən ölkə hökumətinin keçirdiyi iqtisadi islahatlara töhfə vermək üçün böyük maraq göstərilir:

"Bu cür təşəbbüslər sayəsində biz xüsuilə qadınlar üçün əlverişli işgüzar mühit yaradırıq, rəqabətin qarşısını alan inzibati maneələri azaldırıq".

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti