Bakı. Trend:
2021-ci ilin yanvar-iyul aylarında Türkiyənin türkdilli ölkələrə ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 41,7 faiz artaraq 4,037 milyard dollar təşkil edib.
Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
İyul ayında Türkiyənin türkdilli ölkələrə ixracı 2020-ci ilin iyulu ilə müqayisədə 28 faiz artaraq 587 milyon dollara bərabər olub.
Hesabat dövründə Türkiyənin türkdilli ölkələrdən idxalı 2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 67,9 faiz artaraq 2,757 milyard dollar təşkil edib.
İyul ayında Türkiyənin türkdilli ölkələrdən idxalı 2020-ci ilin iyulu ilə müqayisədə 32,9 faiz artaraq 345 milyon dollara bərabər olub.
(Tərcümə: Orxan Nəbiyev)