...

Bakı limanı Aİ üçün prioritet strukturlardan biridir - Viktor Bojkov

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Mart 2022 12:08 (UTC +04:00)
Bakı limanı Aİ üçün prioritet strukturlardan biridir - Viktor Bojkov

Bakı. Sədrəddin Ağcayev - Trend:

Avropa İttifaqı bütün iqtisadi layihələrdə Azərbaycanın güclü tərəfdaşıdır.

Trend-in məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin birinci konsulu, Əməkdaşlıq üzrə rəhbəri Viktor Bojkov “Yaşıl Limanlar və liman idarəedilməsində yeni üsullar” mövzusunda tədbir zamanı deyib.

O bildirib ki, Aİ həm qrant maliyyələşdirməsi yolu ilə, həm də digər vasitələrlə Azərbaycan iqtisadiyyatına dəstəyi davam etdirəcək.

"Bizim Azərbaycanda bir çox layihələrimiz var və məqsədimiz ölkədə biznesi daha dayanıqlı etməkdir. Bakı limanı prioritet təşkilatlardan biridir. Əminəm ki, limanla birgə rəqəmsallaşma və "yaşıl texnologiya"lara keçid sahəsində layihələr daha da genişlənəcək", - deyə o bildirib.

V.Bojkov əlavə edib ki, Bakı limanı Aİ-nin investisiya proqramına daxildir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti