...

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun üzvləri birgə müəssisə yaradacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Aprel 2022 13:47 (UTC +04:00)
Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun üzvləri birgə müəssisə yaradacaq
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) üzv ölkələri, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkiyənin dəmiryol qurumları "Middle Corridor" (Orta Dəhliz) birgə müəssisəsini yaratmağı planlaşdırır.

Trend-in məlumatına görə, hazırda birgə müəssisənin yaradılması üzərində işlər gedir.

TBNM assosiasiyasının baş katibi Haydar Abdikerimov bildirib ki, müəssisə 2023-cü ilin əvvəli və ya ortalarında qeydiyyatdan keçirilə bilər.

Həmin müəssisə yüksək keyfiyyətli nəqliyyat və lolgistika xidmətlərinin göstərilməsini, trans-sərhəd tariflərin uyğunlaşdırılmasını təmin edəcək və Çindən Türkiyəyə yük daşımaları üzrə xidmətlərin tam avtomatlaşması üçün vahid IT platforması tətbiq edəcək.

Bu birgə müəssisə çərçivəsində Şimal-Cənub beynəlxalq dəhlizini Xəzər dənizinin limanları ilə birləşdirmək nəzərdə tutulur.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti